Rusiyanın Arxangelsk vilayətində yerləşən hərbi poliqonda xoşagəlməz hadisə baş verib.
Rezonans.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya ordusunun müqaviləli hərbi qulluqçusu “KamAZ” markalı hərbi avtomobili çağırışçıların üzərinə sürüb.
Hadisə nəticəsində iki nəfər ölüb, daha 11 çağırışçı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır, detallar hələlik məlum deyil.










