Rusiyada qismən səfərbərlik BAŞA ÇATDI

img

Rusiya Federasiyasında qismən səfərbərlik başa çatıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

 

O, Prezident Vladimir Putinə məruzəsində bildirib ki, 300 min nəfərin səfərbərliyə cəlb edilməsi barədə tapşırıq yerinə yetirilib.

 

Nazirin sözlərinə görə, proses çərçivəsində 13 min nəfər könüllü olaraq orduya yazılıb. Səfərbərliyə cəlb edilənlərin orta yaşı 35 olub.

Xəbəri paylaş: