Zaqatalada ev, Tovuzda obyekt yandı

img

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən şənbə günü Rezonans.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan əlavə, Tovuz şəhərində ümumi sahəsi 220 m² olan birmərtəbəli obyektin (fəaliyyət göstərmir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.

 

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: