"KİA" evakuatora çırpıldı - Yaralanan var

img

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda qeydə alınıb.

 

Yüksək sürətlə hərəkət edən "KİA" markalı minik avtomobili evakuatora çırpılıb.

 

Qəza nəticəsində minik avtomobilinin qadın sürücüsü ağır xəsarət alıb.

 

Hadisə yerinə Xəzər RPİ-nin əməkdaşları cəlb olunub.

Xəbəri paylaş: