Yoluxma artdı - 1 nəfər öldü

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 823 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 944 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 314 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 060, hazırkı dövrədək isə 7 317 582 test aparılıb.

Xəbəri paylaş: