NASA Günəşin "təbəssümünün" görüntüsünü paylaşıb.
Rezonans.az xəbər verir ki, ABŞ Kosmik və Aviasiya Administrasiyasına (NASA) bağlı olan Günəş Dinamikası Rəsədxanası günəşin səthində “təbəssüm”ə bənzəyən görüntü çəkib.
NASA-nın Günəş Dinamikası Rəsədxanası tərəfindən edilən yazıda bildirilir ki, ultrabənövşəyi işıqda görünən bu qaranlıq ləkələr tac dəlikləri olaraq bilinir və sürətli günəş küləyinin kosmosa yaydığı bölgələrdir".