Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibədə ümumi döyüş itkiləri barədə son məlumatlar açıqlanıb.
Rezonans.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Fevralın 24-dən indiyədək 72 470 işğalçı ləğv edilib ki, onlardan da 650-si son sutka ərzindədir. Son sutka ərzində düşmən ən böyük itkiləri Avdeyevski və Baxmut istiqamətlərində verib", - Baş Qərargahdan bildirilib.










