Bu gün İsraildə növbədənkənar parlament seçkiləri üçün seçki məntəqələri açılıb.
Rezonans.az xəbər verir ki, bu, 2019-cu il aprelin 9-dan bəri keçirilən beşinci parlament seçkisidir. Növbədənkənar seçkinin nəticələrinə əsasən, 25-ci çağırış Knessetin (parlament - 125 deputatdan ibarətdir-red.) tərkibi müəyyənləşəcək, daha sonra hökumət koalisiyasının yaradılması proseduruna başlanacaq.
Bir həftə sonra seçkilərin yekun nəticələri dərc ediləcək, prezident İshaak Hersoq yeni hökuməti formalaşdırmaq üçün Knessetdən keçən partiyaların nümayəndələri ilə məsləhətləşmələrə başlayacaq. Bir qayda olaraq, ən çox mandat toplayan partiyanın lideri baş nazirliyə namizəd olur.
Bu seçkilərdə MSK-nın məlumatına görə, 6,78 milyon seçici səs verə biləcək: bunlar İsraildə və ya xaricdə rəsmi ezamiyyətdə olan səsvermə günü 18 yaşdan yuxarı ölkə vətəndaşlarıdır.
Ümumilikdə ölkə üzrə 12 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçicilər yerli vaxtla saat 7:00-dan saat 22:00-a kimi səs verə bilərlər. Daha sonra “exit-poll”un nəticələri açıqlanacaq və bülletenlərin hesablanmasına başlanacaq.










