İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının vaxtı məlum olub.
Rezonans.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
“KTMT-nin Baş katibi Stanislav Zas Prezident Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq barədə məlumat verib”, - rəsmi açıqlamada deyilir.
Xatırladaq ki, iclasda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacaq.