DTX tərəfindən saxlanılan məmurların ADLARI

img

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir şəxsin kimliyi məlum olub.

 

Rezonans.az-ın məlumatına görə, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov istintaqa cəlb olunub.

 

Xatırladaq ki, DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev və digər vəzifəli şəxslər istintaqa cəlb olunublar.

Xəbəri paylaş: