Sumqayıtda dəm qazı ölümə səbəb olub.
Rezonans.az xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini Yusifli Seymur Teymur oğlu yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.










