Türkiyədə iki nöqtədə meşə yanğını başlayıb

img

Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində iki fərqli nöqtədə meşə yanğını başlayıb.

 

Rezonans.az-ın məlumatına görə, yanğınlar bu gün Qazdağı milli parkı daxilində qeydə alınıb.

 

Yanğınların qarşısının alınması üçün ümumilikdə 4 helikopter, 25 texnika cəlb edilib.

 

Hadisə bölgələrində yanğınların söndürüllməsi davam edir.

Xəbəri paylaş: