Soçi görüşü başa çatdı. Görüşləri, danışıqları diqqətlə izlədik , açıqlamaları eyni diqqətlə dinlədik , oxuduq. Yekun bəyanatı da , demək olar ki , lupadan keçirib oxuduq. Pis deyil , hər halda bizi narahat edən məqamlar olmadı. Amma irəliyə gediş də olmadı.
Rezonans.az-ın məlumatına görə Azad Vətən Partiyasının sədri Akif Nağı öz facebook səhifəsində qeyd edib ki, əvvəlki bəyanatlardan fərqli bir şey olmadı.
10 noyabrdan bu tərəfə ciddi nəticəmiz olmayıb , bu gün də olmadı. Hədəfimiz Xankəndididr , bu iki il ərzində hədəfimizə doğru irəliləyə bilmişikmi? Bu görüş bizi Xankəndi , Xocalı , Əsgəran , Ağdərəyə azacıq da olsa yaxınlaşdırdımı? Təəssüf ki , müsbət cavab verə bilmirik. Xankəndi mitinqini də qulaq ardına vurmaq olmaz. Çox təhlükəli proseslər başlaya bilər , bəlkə də başlayıb. Şuşada ulduzların şəkilçəkdirmə kampaniyasını dayandırıb, ciddi işlərlə məşğul olmaq lazımdı - deyə Akif Nağı əlavə edib.