Azərsu ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin Kəlbəcər sukanal sahəsində "Zəfər Günü" qeyd edilib.
Rezonans.az xəbər verir ki, ilk öncə tədbir torpaqlarımızın azadlığı uğrunda qəhramanlıq göstərərək şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.
Kəlbəcər sukanal sahəsinin sahə rəisi Şaban Qurbanov tədbirə giriş nitqiylə başlayaraq hər birimiz üçün xüsususən milli dövlətçilik tariximiz üçün ən əlamətdar gün olan "Zəfər Günü" ilə bağlı öz təəssüratlarını bölüşərək, bu şanlı tarixi günü bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına, Rəşadətli Azərbaycan Ordusuna öz minnətdarlığını bildirib.
Şaban Qurbanov nitqinə əlavə edərək, şəhid ailələri və qazilərimizə göstərilən xüsusi dövlət qayğısından danışıb işğaldan azad olunmuş əzəli-əbədi torpaqlarımızda aparılan yüksək sürətli abadlıq quruculuq işlərindən söhbət açaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Kəlbəcər sukanal sahəsinin əməkdaşları Səbuhi Süleymanov, Pənah Əhmədov öz məruzələri ilə çıxış ediblər.
Sonda tədbirlə bağlı xatirə şəkilləri çəkdirilib.
Əli Musa