Ermənistan Xarici Kəşfiyyat Xidməti yaradır

img

Ermənistanda Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti 2023-cü ildə yaradılacaq.

Rezonans.az
xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə 2023-cü il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

"Müvafiq qanun layihələri yaxın vaxtlarda hökumət tərəfindən qəbul edilərək parlamentə  göndəriləcək. Mən dəstəyə ümid edirəm", - baş nazir deyib.


Paşinyanın fikrincə, Xarici Kəşfiyyat Xidməti, standart güc strukturu olmayacaq və onun işində çox yüksək məxfilik hökm sürəcək. O, ictimaiyyəti və deputatları bu xüsusi xidmətin xüsusiyyətlərinə anlayışla yanaşmağa çağırıb.

Xəbəri paylaş: