Son bir həftə ərzində dünyada 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq insan isə koronavirusdan ölüb.
Rezonans.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 17 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb.
Qeyd edək ki, noyabrın 1-i üçün koronavirusa yoluxanların sayı 627 573 579 nəfərə, ölənlərin sayı isə 6 570 363 nəfərə çatıb.










