
UEFA Çempionlar Liqasının qrup mərhələsinin son oyunları keçirilib.
Rezonans.az xəbər verir ki, "pley-off"a vəsiqə qazanan bütün klublar məlum olub.
Beləliklə, "pley-off" mərhələsinə "Napoli", "Liverpul", "Portu", "Brügge", "Bavariya", "İnter", "Tottenhem", "Ayntraxt Frankfrut", "Çelsi", "Milan", "Real Madrid", "Leypsiq", "Mançester Siti", "Borussiya Dortmund", "Befika" və PSJ vəsiqə qazanıblar.
"Ayaks", "Bayer Leverkuzen", "Barselona", "Sportinq", "Zaltsburq", "Şatyor Donetsk", "Sevilya" və "Yuventus" öz qruplarında üçüncü yeri tutaraq yollarını Avropa Liqasında davam etdirəcəklər.