Gələn il Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması üçün 130 milyon manat ayrılacaq.
Rezonans.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Qeyd edək ki, bu, 2022-ci illə müqayisədə 4 050 000 manat yaxud 3,2 % çoxdur. 2022-ci ildə dövlət büdcəsindən bu məqsədlə 125 950 000 ayrılıb.
Gələn il beynəlxalq təşkilatlara üzvlüklərlə bağlı ödənişlər 21 milyon manat olacaq.