“Qarabağ İqtisadi rayonlarında Hadrut, Suqovuşan qəsəbələri, Tuğ və Talış kəndlərinin Baş planlarının hazırlanması yekunlaşmaqdadır”.
Rezonans.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü-Zəfər Gününə həsr olunmuş konfransda deyib.
O qeyd edib ki, hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur
"Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir. Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.
E.Hüseynov əlavə edib ki, indiyədək 260-dan çox şəxs mina partlayışı nəticəsində yaralanıb və həyatını itirib:
“Azad edilən ərazilərin 13 faizi minalardan təmizlənib. Bu proses hazırda da davam etdirilir".