Ermənistanda ölənlər doğulanlardan ÇOXDUR

Ermənistanda ölənlər doğulanlardan

Cari ilin iki ayında Ermənistanda ölüm halları yeni doğulanların sayını üstələyib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, yanvar-fevral aylarında ölkədə 6030 nəfər ölüb, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 599 fakt çoxdur. Eyni zamanda iki ay ərzində Ermənistanda 5344 körpə doğulub, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 189 nəfər azdır.

 

Qeyd edək ki, keçən ilin müvafiq dövründə Ermənistanda 5533 körpə dünyaya gəlib.

Xəbəri paylaş: