“BakuBus”un avtobusu qəzaya düşdü

img

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Rezonans.az APA-ya istinadən xəbər verir ki, hadisə “Neftçilər” prospektində qeydə alınıb.

 

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək Depoya gedən “BakuBus” MMC-yə məxsus BMC markalı sərnişin avtobusuna çırpılıb.

 

Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Xəbəri paylaş: