Lənkəranda ev yandı - 2 nəfər xəsarət aldı

img

Lənkəranda yanğın qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, Lənkəran şəhərinin Digah kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Bitişik ev yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: