Türkiyənin Bursa vilayətində baş vermiş yanğın nəticəsində azı doqquz nəfər ölüb.
Rezonans.az xəbər verir ki, yanğın şəhərin Yıldırım rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında meydana gəlib.
Hadisə ilə bağlı Bursa valisi Yakup Canbolat açıqlama verib.
Bildirilib ki, yanğın binanın orta mərtəbəsində suriyalı bir ailənin yaşadığı mənzildə baş verib. İlkin məlumata əsasən, doqquz nəfər ölüb. Bir ailənin fərdi olduqları ehtimal edilən bu şəxslərdən səkkizi azyaşlı, biri isə qadındır. Qadının uşaqların anası olduğu ehtimal edilir.










