Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ

Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ

Sankt-Peterburqun Serafimovski qəbiristanlığında 8-ci Ordu komandirinin müavini,  general-mayor Vladimir Frolovla vida mərasimi keçirilir.

Rezonans.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  vida mərasimində Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov iştirak edib.

Qubernatorun sözlərinə  görə, general-mayor Vladimir Frolov Ukraynada gedən döyüşlərdə həlak olub.  

"General Ukraynada keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri qəhrəmanlığa görə “Şücaət” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib" - deyə Beqlov bildirib. 

Xəbəri paylaş: