"Baku Bus"un sürücüsü SAXLANILDI

img

Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

     

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub.

 

Həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb. Araşdırma aparılır.

Xəbəri paylaş: