Qaz təchizatı ilə bağlı problem yoxdur - "Azəriqaz"

img

"Hazırda Bakı şəhərində təbii qaz təchizatı ilə bağlı heç bir problem yoxdur".

 

Rezonans.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar İdarəsinin rəisi Rauf Əhmədov “Açıq qapı” aksiyasında bildirib.

 

Qurum rəsmisi deyib ki, “Azəriqaz”ın qaz təchizatını təmin edə bilməyəcək hər hansı bir ərazi və hər hansı bir nöqtə yoxdur.

 

R.Əhmədovun sözlərinə görə, noyabrın ilk həftəsində qaz təchizatında qazın təzyiqinin zəif olması ilə bağlı 1 744 şikayət daxil olub:

 

“Bununla bağlı dərhal tədbirlər görülüb. Hazırda gündəlik bu xarakterli şikayətlərin sayı 100-150 arasındadır. Şikayətlər günbəgün azalmaqdadır və azalan templə davam edir. Bakı şəhərində hazırda 1 milyon 180 min abonentə xidmət göstəririrk. Şikayətlərin olması normal haldır və bütün problemlər aradan qaldırılıb”.

 

O xatırladıb ki, ötən ilin oktyabr ayında “Azəriqaz”a qazın təzyiqinin zəif olması ilə bağlı 19 194 şikayət daxil edilib ki, bu da illik müqayisədə 5 dəfədən bir qədər azdır.

Xəbəri paylaş: