“Avro-2023”: Millimizin rəqibləri müəyyənləşdi

img

2023-cü ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

 

Rezonans.az xəbər verir ki, İtaliyanın Neapol şəhərində təşkil olunan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

 

Belə ki, yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan milli komandaları ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, Avropa çempionatına Belçika, İtaliya, Estoniya və Almaniya birgə ev sahibliyi edəcək. Çempionat gələn il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək.

Xəbəri paylaş: