Yardımlıda çayxana yandı

img

Yardımlı şəhərində ümumi sahəsi 20 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

 

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: