Salyanda ağır qəza: yaralılar var

img

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Rezonans.az xəbər verir ki, “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Salyan şəhər sakinləri; - 1974-cü il təvəllüdlü Abbasov Mahir Malik oğlu, 1976-cı il təvəllüdlü Səfərova Məhluqə Məhəmməd qızı, 2012-ci il təvəllülü Səfərov Zaur Ələkbər oğlu, 2002-ci il təvəllüdlü Səfərova Leyla Ələkbər qızı, 2003-cü il təvəllüdlü İmanova Əli Əziz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. ("Report")

Xəbəri paylaş: