
Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini paylaşıb.
Rezonans.az xəbər verir ki, bu barədə nazirlik öz "Twitter" səhifəsində yazıb.
"Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir", - deyə qeyd olunub.
Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir.