Qazaxıstan yeni prezidentini SEÇİR

img

Qazaxıstanda bazar günü seçki məntəqələri açılıb, ölkə prezidentliyinə namizədlər üçün səsvermə başlayıb.

 

Rezonans.az xəbər verir ki, Qazaxıstanda və xaricdə yaradılmış 10,1 mindən çox seçki məntəqəsindən əksəriyyəti Astana vaxtı ilə saat 07:00-da qapılarını seçicilərin üzünə açıb.

 

Məlumata görə, paytaxt Almatı və Çimkənddə 86 seçki məntəqəsi bir saat əvvəl – saat 6:00-da işə başlayıb.

 

Qazaxıstanın 20 rayonundan beşində seçki məntəqələri fərqli saat qurşağında olduqları üçün bir saat sonra açılacaq. Seçicilərin yerli vaxtla saat 20:00-a qədər səs vermək hüququ var, bundan sonra məntəqələrdə səslərin hesablanmasına başlanacaq.

Xəbəri paylaş: