Ərdoğanın Qətərə səfəri başa çatdı

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə dünya çempionatının açılışında iştirak etdiyi Qətərdən ölkəsinə qayıdıb.

 

Rezonans.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, R.T.Ərdoğan və onu müşayiət edən şəxsləri daşıyan “TC-TUR” təyyarəsi yerli vaxtla saat 01:30-da İstanbulun Atatürk Hava Limanına eniş edib.

 

R.T.Ərdoğanı hava limanında Türkiyənin vitse-prezidenti Fuat Oktay, İstanbul valisi Əli Yerlikaya, hakim Ədalət və İnkişaf Partiyasının vilayət sədri Osman Nuri Kabaktepe və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbəri paylaş: