
Müharibə dövründə Ukraynaya 4700 raket atılıb.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Minlərlə insan ölüb. Yüz minlərlə insan Rusiyaya deportasiya edilib. Milyonlarla insan müharibədən qaçmaq üçün Ukraynadan başqa ölkələrə gedib. Biz bunu dayandırmalıyıq. Rusiyanın təcavüzünü dayandırmalıyıq. Sülhün qayıtması mümkündür. Amma o zaman mümkündür ki, dünyada hamı heç kimin bir gün də terrora layiq olmadığını başa düşsün”, - deyə Zelenski qeyd edib.