Qadın sürücü piyadanı vurub öldürdü

img

Paytaxtın Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi "Şevrolet" markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb. 

 

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: