Cəbrayılda sərhədçilər qəzaya düşdü - Ölən və yaralılar var

img

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçiləri qəzaya düşüb.

 

DSX-nin Mətbuat Mərkəzindən Rezonans.az-a verilən məlumata görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib.

 

Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

 

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

 

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Xəbəri paylaş: