Üç ailənin yaşadığı ev külə döndü

img

Kürdəmirdə üç ailənin yaşadığı ev yanıb.

 

Rezonans.az xəbər verir ki, hadisə rayonun Atakişilli kəndində baş verib.

 

Kənd sakini Maşallah Ağakişi oğlu Abışova məxsus ikimərtəbəli, 6 otaqlı, ümumi sahəsi 280 kvadratmetr olan evin 140 kvadratmetr hissəsi əşyaları ilə birlikdə yanıb.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə küçməsinin qarşısı alınıb.

 

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: