Polşa millisi Qətərdə antirekorda imza atdı

img

Futbol üzrə Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb.

 

Rezonans.az xəbər verir ki, bu, Qətərdə təşkil olunan dünya çempionatının ilk turu çərçivəsində keçirilən Polşa - Meksika matçında qeydə alınıb.

 

Belə ki, Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib.

 

Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub.

 

Qeyd edək ki, Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski pelatini qaçırıb.

Xəbəri paylaş: