Ağdamda ana və qızı AXTARILIR

img

Ağdam rayonunda ana və qızı itkin düşüb.

 

Rezonans.az xəbər verir ki, hadisə rayonun Miraşelli kəndində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüdlü Ağayeva Təhminə Şükran qızı və 2017-ci il təvəllüdlü Ağayeva Ayla Elvin qızı yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıblar.

 

Faktla bağlı Ağdam rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbəri paylaş: