
Xankəndidə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolu yoxdur - Rauf Bayrambəyli
Azərbaycana düşmən münasibətində olan ölkələrin əsas hədəfləri nədən ibarətdir?
Bilirsiniz, 2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana dost və düşmən olan ölkələr özlərini yavaş yavaş göstərməyə başladılar. İstər Ermənistan istərsə də İran hər ikisinin əsas hədəflərindən biri Azərbaycanda yaşayan etnik xalqlar arasında və dini təriqətlər arasında mübahisələr yaratmaq,sülhü və əmin amanlığı pozmaq məqsədi daşıyır. Lakin buna nail ola bilməyiblər və heç vaxtda nail ola bilməyəcəklər. Səbəb odur ki Azərbaycan Dövlətinin baş verə biləcək hadisələri əvvəlcədən qabaqlayıcı və qarşısını alınma tədbirlərini həyata keçirtmək qüdrətinə malik olmasıdır. Amma bunlara baxmayaraq Azərbaycanda azda olsa bir qrup şəklində cahillik səbəbindən İranın və Ermənistanın məkirli oyunlarlna aldanaraq separatçılıq və dini ayrı seçkilik yaratmağa cəhd etmişdir və nəticə olaraq həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Azərbaycan Respublikasının regiondakı digər ölkələrdən əsas fərqlənmə səbəbləri nədir?
Azərbaycan Dövlətinin digər dövlətlərdən əsas fərqlənmə səbəbi tolerant və humanist olmasıdır. Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Zaman -zaman avropa ölkələrində etnik xalqlar arasında və ya dini ayrı seçkilik səbəbindən əsasda müsəlmanlara qarşı hansı xoşa gəlməz hadisələrin baş verdiyinin şahidi oluruq. Amma Azərbaycanda belə hadisələr olurmu? Heç vaxt olmayıb və olmayacaqda. Azərbaycanda yaşayan etnik xalqların çox hissəsi aborogent xalqlardır. Fərq etmir, talış, ləzqi, yəhudi,türk, avar və .s fərq etmir müsəlman, xristian, buddist, iudaizm bu ölkədə hamı mehriban sülh şəraitində yaşyır.
Xankəndi şəhərində yaşayan ermənilər barəsində hansı fikirdəsiniz?
Xankəndidə yaşayan ermənilər , Azərbaycan Respublikasında yaşayan digər etnik xalqlar kimi sülh içində yaşaya bilərlər. Onlar bizim şəhərdə yaşayırlar. Xankəndidə yaşayan ermənilər Ermənistan Respublikası ilə heç bir əlaqəsi yoxdur. Onlar Azərbaycan Vətəndaşlarıdır. Cənab Prezidentin söylədiyi kimi, Qarabağ məsələsi artıq tarix olub. Ermənilər sülh və əminamanlıq şəraitində yaşamaq istəyirlərsə Azərbaycan Vətəndaşlığını qəbul etməlidirlər. Onların başqa seçənəkləri yoxdur.və düşünürəm ki nəqədər tez Azərbaycan Vətəndaşlığını qəbul etsələr bir o qədərdə onlar üçün yaxşı olar.