Bayden-Makron görüşündə bu məsələlər müzakirə olunacaq

img

ABŞ prezidentinin administrasiyası bildirib ki, Co Bayden Fransa prezidenti Emmanuel Makronun Vaşinqtona gözlənilən səfəri zamanı həmkarı ilə Ukrayna, Çin, İran, eləcə də enerji məsələlərini müzakirə edəcək.
 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidentinin ABŞ-a səfəri noyabrın 30-na planlaşdırılıb və üç gün davam edəcək.
 

"Gözlənilir ki, Ukrayna ilə bağlı müzakirələr onların danışıqlarının əsasını təşkil edəcək. Həmçinin Çinin, eləcə də İranın çağırışları ilə bağlı müzakirələr aparılacaq", - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.


Bundan əvvəl məlum olub ki, Makron Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydeni Avropa və Amerika şirkətləri arasında qeyri-bərabər rəqabətin qarşısını almağa inandırmaq niyyətindədir.

Xəbəri paylaş: