Azərbaycanlılar Ukraynanı belə müdafiə edirlər

img

"Ukrayna vətəndaşı olan azərbaycanlılar Rusiyanın hücumu nəticəsində başlayan müharibədə ölkəmizi müdafiə edirlər".

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski feysbuk səhifəsində yazıb.

 

Səfir, həmçinin azərbaycanlıların döyüşlərdə iştirakı ilə bağlı görüntüləri də paylaşımına əlavə edib.

 

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin lap əvvəlindən etnik azərbaycanlılar - Ukrayna vətəndaşları öz Vətənlərini müdafiə etmək üçün qətiyyətlə ayağa qalxdılar. Bu gün onlar torpaqlarımızı rus işğalçılarından qəhrəmancasına azad edən Ukrayna Silahlı Qüvvələrinin ayrılmaz hissəsidirlər”, - deyə diplomat qeyd edib.

 

 

Xəbəri paylaş: