Cəmiyyət

Yevlaxda Vətən müharibəsi şəhidinin ad günü münasibətilə xatirəsi anılıb

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Ağayev İldırım Qafqaz oğlunun ad günü məzarı önündə qeyd edilib.

Rezonans.az xəbər verir ki, daha sonra tədbir iştirakçıları şəhidin yaşadığı evə gələrək onun valideyinləri ilə söhbət etmiş, yaxınlarının İldırım Ağayev barədə xatirələri ilə tanış olmuşlar. Qonaqlar şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, İldırım Ağayev 2020-ci il noyabrın 7-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Görüş zamanı şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş və Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button