Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Kiyevə səfər edib.
Rezonans.az xəbər verir ki, Kalın səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən Türkiyə rəsmisi bildirib ki, səfərin məqsədi ikitərəfli əlaqələri müzakirə etmək və münaqişənin həllinə kömək göstərməkdir.
Qeyd edək ki, Ukraynaya səfər zamanı Kalını Türkiyənin xarici işlər nazirinin müavini müşayiət edib.










