Rəsmi Kiyev Çinə Ukraynanın təhlükəsziliyinə zamin olmağı təklif edib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Sinxua agentliyinə müsahibəsində deyib. O bildirib ki, hazırda Ukrayna BMT TŞ-nin daimi üzvlərindən, o cümlədən Çindən ölkənin təhlükəsizliyinə dair zəmanət almaq istəyir. Biz Çinə Ukraynanın təhlükəsziliyinə zamin olmağı təklif etdik. Bu, ÇXR-ə hörmət və inamdan irəli gəlir”.










