Zelenski Nümayəndələr Palatasının spikeri ilə görüşdü

img

Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın paytaxtı Kiyevə yollanıb.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində bildirib:

 

“Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş. ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyiniz köməyə görə sizə təşəkkür edirik!”.

Xəbəri paylaş: