
Hələdə davam edən Rusiya – Ukrayna müharibəsində, həm ön, həm də arxa cəbhədə xidmət göstərən şücaətli soydaşlarımız yetərincədir.
Bildiyiniz kimi, 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Moskva vaxtı ilə saat 06:00-da Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi.
Müharibənin ilk günlərindən Ukraynada yaşayan soydaşlarımız, həm ön, həm də arxa cəbhədə olkənin müdafiəsinə qatıldılar.
Rezonans.az bildirir ki, bunlardan Kiyev şəhərində yaşayan fəxrimiz, Neyrocərrah, neyroonkoloq, Avropa Neyrocərrahlar Assosiasiyasının üzvü Əsgərov Emil Əhmədağa oğludur.
Düşmən gülləsinə tuş gələn, minomyot atəşi nəticəsində qəlpə yarası alan, minaya düşərək ağır xəsarət alan hərbi qulluqçuların və eyni zamanda xəsarət almış dinc əhalinin dadına ağ xələtli mələklər – həkimlər çatırlar.
Ağ xalatlı qəhrəmanlar, yaralıların qulluğunda duran bütün səhiyyə işçiləri müharibənin ilk günlarindən başlayaraq bütün yorğunluqlarını unudub gecə-gündüz çalışırlar, çətin şəraitdə və təhlükələrlə üz-üzə qalaraq yaralılara xidmət edirlər.
Qeyd edəkki, Həkim – cərrah Əsgərov Emil A.A Boqomolets adına Milli Tibb Universitetinin məzunudur, (Kiyev, 2009-2015), Neyrocərrah, neyroonkoloq. Avropa Neyrocərrahlar Assosiasiyasının üzvüdür.
Əlavə Təhsilləri: L.P. Şupik adına Milli Tibb Akademiyası İxtisas: Neyrocərrahiyyə 2015-2018 Peşəkar fəaliyyət:
01/08/2020 Kiyev şəhərində “Spizhenko Klinikası” Onkoloji mərkəz Neyrocərrah, neyroonkoloq, onurğa cərrahı
09/2022 Onkoloji klinika “Şkiryak Klinikası” Neyrocərrah, neyroonkoloq, onurğa cərrahı
2019-2020 Kiyev şəhərində “Dobrobut” klinikası Neyrocərrah, onurğa cərrahı 01/09/2015 bu günə qədər Kiyev Şəhər Təcili Tibbi Yardım Xəstəxanası Neyrocərrahiyyə kafedrası №2 İstiqamətlər: Neyrovaskulyar patologiya, Neyroonkologiya Onurğa və onurğa beyninin patologiyası KURS İxtisaslaşdırma artırılması Kurslar 7-9/05/2018, Afina, YUNANISTAN Neyroanatomiya və neyrocərrahi yanaşmalar üzrə praktik kurs, kadavra preparatları üzrə təlimlə (24 CME) 27-29/09/2017 Köln, Almaniya Kəllə əsasının neyronkoloji xəstəliklərinin cərrahi müalicəsi üzrə 2-ci praktiki kurs (31 CME) 15-19/03/2017 Antalya, Türkiyə Neyroonkoloji xəstəliklər üzrə beynəlxalq kurs 30/09/2019-2/10/2019 Köln, Almaniya Köln Beynəlxalq Kəllə Əsası Kursu 18.01.2022-19.01.2022 Lyon, Fransa SPINAL ADDIM II ƏLAQƏ KURSU KONFRANSLAR 21-25/10/2018 Brüssel, BELÇİKA 18-ci Avropa Neyrocərrahiyyə Konqresi (24CME) elektron poster “Kəllə və beyin nahiyəsinin kəskin və erkən dövrlərdə güllə yaralarından sonra infeksion ağırlaşmaların inkişafının risk faktorları” 1-5/10/2017 Venesiya, İtaliya 17-ci Avropa Neyrocərrahiyyə Konqresi (21CME) 22.09.19-25.09.19 İstanbul, Türkiyə Boğaziçi Beynəlxalq Nevrologiya Simpoziumu. Neyrovascular Konfrans, fəxri qonaq Robert F. Spetzler.