Gəncədə ali təhsil müəssisələrinin tələbələri arasında intellektual müsabiqə keçirilib

img

Ombudsmanın Qərb Regional Mərkəzinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Humanitar Kolleci, Gəncə Tibb Kollecinin tələbələrinin iştirakı ilə intellektual müsabiqə keçirilib.

 

Rezonans.az xəbər ki, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxışı zamanı təhsil müəssisələri arasında insan hüquqları mövzusunda təşkil edilmiş müsabiqələrin, maarifləndirmə tədbirlərinin tələbələrin insan hüquqlarının müdafiəsi sahəsində biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Müsabiqədə birinci yerə Azərbaycan Dövlət Aqrar Universitetinin “Promotey” komandası, ikinci yerə Azərbaycan Texnologiya Universitetinin “Xəmsə” komandası, üçüncü yerə Gəncə Tibb Kollecinin “Zəfər” komandası layiq görülüb.

Xəbəri paylaş: