Ukraynada öldürülən rus generalların sayı AÇIQLANDI

img

Rusiya ordusunun Ukraynadakı döyüşlərdə həlak olan yüksək rütbəli zabitlərinin sayı açıqlanıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən başlayan hərbi əməliyyatlar zamanı Rusiya ordusunun 24 ali nümayəndəsi məhv edilib.

 

İlkin məlumata görə, həlak olanlardan ikisi general-leytenant, altı nəfər general-mayordur. Bundan başqa, Rusiya qoşunlarının 16 polkovniki döyüşlərdə zərərsizləşdirilib.

Xəbəri paylaş: