"Ukraynada 30%-dən çox torpaqlarda əkin olmayacaq" - BMT

img

Ukraynada Rusiyanın başlatdığı müharibə səbəbindən kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu bu il taxıl əkmək üçün yararlı olmayacaq.

Rezonans.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin bəyanatında deyilir ki , əsas səbəblər aktiv döyüş əməliyyatları, eləcə də tarlalarda qalan çoxlu sayda mina və digər sursatlardır.

Hesabatda qeyd olunur ki,  "Kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu buğda, arpa, günəbaxan və qarğıdalı üçün istifadə olunmayacaq. Davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər, çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı Ukraynadan və Rusiyanın ixracından asılı idi".

Xəbəri paylaş: