
Hörmətli cənab baş nazir, hökumət üzvüləri və əziz həmkarlar!
Nazirlər kabinetinin 2022 fəaliyyəti haqqında hesabatı bəyənirəm və dünyada baş verən siyasi və iqtisadi katokilizmlər fonunda hökümətimiz kifayət qədər məhsuldar çalışıb. Hesabata müsbət səs verəcəyəm, vaxtı çox almadan iki məsələni qeyd etmək istəyirəm. Ölkəmizin Cənab Prezidentin rəhbərliyi altında idmana, bədən tərbiyəsinə böyük diqqət və qayğı var.
Rezonans.az xəbər verir ki, Millət vəkili Vüqar İsgəndərov parlamentin plenar iclasında səsləndirib.
O, qeyd edib ki, Bakıda, bölgələrdə alinpiya idman kompleksləri, digər idman qurğuları tikilib istifadəyə verilir və son zamanda əsasda bulvarda məqsədimiz ölkəmizdə idmanın kütləviliyini artırmaqdır bunu üçün, həm son zamanlar paytaxda inşa olunan parklarda sadə idman qurğuları istifadəyə verilir və əhali tərəfindən bu çox məmnunluqla qarşılanır. Həmin qurğular yaxşı olar ki, bölgələrmuzdədə tikiləcək yeni parklarda vəyaxuda ki, mövcüd olan parklarda, meydanlarda qurğuları bunun üçün həqiqətən bölgələrdə çox böyük ehtiyac var.Çünki həmidə onu qeyd etmək lazımdır ki, bütün əhalinin hər bir hissəsi fitnes mərkəzlərə, idman zallarına getməyə imkanları olmur.Sağlam genefond və sağlam həyat tərzini təşviqi üçün çox düşünürəm ki, vacib məsələlərdən biridir bunun üçün nazirlər kabinetinin müvafiq nazirliklərə maliyyə ayrılanda nəzərə alınmasını xahiş eylərdik. İkinci məsələ qısa onuda qeyd edim, seçildiyim Şəki şəhəri ilə bağlıdır. Şəhərin Rəsulzadə küçəsi 313 ünvanıda 60 ailənin yaşadığı bina qəzalı vəziyyətdədir. Vəziyyət FHN- in və aidiyyatı qurumları tərəfindən aktlaşdırılıb və insanların təcili ordan köçürülməsi tələb olunur. Bina sakinlərinə kompensasiya ödəniləcək binadan təxliyə olunması üçün Nazirlər kabinetinə və maliyyə nazirliyinə müraciət olunub. Kompensasiya ödənilməsi barədə maliyyə nazirliyinin rəyi və Şəki Şəhəri İcra hakimiyyətininin müraciəti nazirlər kabinetinə daxil olub.
Hörmətli cənab baş nazirdən bu məsələnin həlli üçün xüsusi tapşırıq verilməsini xüsusu xahiş edirəm.
Diqqətiniz üçün minnətdaram!
Vüqar İsgəndərov
Milli Məclisin deputatı